Tanışını öldürən şəxsin cinayət işi məhkəməyə göndərildi

Tanışını öldürən şəxsin cinayət işi məhkəməyə göndərildi

Hazırda oxunan: Tanışını öldürən şəxsin cinayət işi məhkəməyə göndərildi

184532

Xəbər verildiyi kimi ötən il noyabrın 22-də Qazax rayonu, Qazaxbəyli kəndi, Yeni qəsəbə ərazisində 1995-ci il təvəllüdlü Kənan Qəfərovun öldürülməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Qazax rayon prokurorluğu yayıb.

İbtidai istintaqla 1992-ci il təvəllüdlü Rəşad Məhərrəmovun qeyd edilən qəsəbə ərazisində tanışı Kənan Qəfərovla aralarında yaranmış mübahisə zamanı sonuncunu bacısının gözləri qarşısında bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Rəşad Məhərrəmova Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) və 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddələri ilə yekun ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO