Rasim Musabəyov: “Xüsusi təyinatlılar Qazaxın kəndlərinə girəcək, müqavimət göstərənlər...” – MÜSAHİBƏ 

Rasim Musabəyov: “Xüsusi təyinatlılar Qazaxın kəndlərinə girəcək, müqavimət göstərənlər...” – MÜSAHİBƏ 

Hazırda oxunan: Rasim Musabəyov: “Xüsusi təyinatlılar Qazaxın kəndlərinə girəcək, müqavimət göstərənlər...” – MÜSAHİBƏ 

184521

“Xüsusi təyinatlılarımız əraziyə (red. Qazaxın işğalda olan kəndləri) girəcək. Müqavimət göstərənlər zərərsizləşdiriləcək. Məsələnin hərbi müstəviyə keçəcəyi təqdirdə, anklav və qeyri-anklav kəndlərin nəzarət altına alınacağını istisna etmirəm”.

Bu fikirləri Bizim.Media-ya müsahibəsində Milli Məclisin deputatı Rasim Musabəyov deyib.

Azərbaycanın işğalda olan kəndləri ya sülh, ya da hərbi əməliyyatlarla geri qaytaracağını deyən deputat, danışıqların nəticəsiz olacağı təqdirdə bir neçə saatlıq təmizləmə əməliyyatlarının olacağına diqqət çəkib.

Sözügedən müsahibəni təqdim edirik:

- Rasim müəllim, biz sülhlə bağlı danışdığımız zaman öncə anklavlardan söhbət açırıq. Lakin 4 qeyri-anklav kəndimiz Ermənistan işğalındadır. Necə düşünürsüz, bu kəndlərin taleyi ilə bağlı hansı addımları atacağıq?

- Xüsusi təyinatlılarımız əraziyə (red. Qazaxın işğalda olan kəndləri) girəcək. Müqavimət göstərənlər zərərsizləşdiriləcək, qalanları da çölə atıb öz nəzarətimizi təmin edəcəyik. Bunun üçün böyük müharibəyə ehtiyac olmayacaq. Qısamüddətli, bir neçə saat çəkəcək hərbi əməliyyat. Vəssalam.

- Bəs digər kəndlərin aqibəti necə olacaq? Söhbət anklav kəndlərdən gedir.

- Məsələnin hərbi müstəviyə keçəcəyi təqdirdə, anklav və qeyri-anklav kəndlərin nəzarət altına alınacağını istisna etmirəm. Düşünürəm ki, bunu da erməni tərəfi yaxşı başa düşür. Buna görə də, gərəkdir ki, məsələnin bu nöqtəyə gəlib çıxmasına yol verməsinlər. Bu səbəbdən də Paşinyan özü həmin əraziyə getdi, camaatı başa saldı. Ermənistanda radikal qruplar var – ağ qardaşlar və s. Onlar polis bölməsinə hücum ediblər, qumbara atıblar, atlanıb-düşürlər. Lakin bu, birinci növbədə Paşinyan hökumətinə təhlükə yaradır. Ona görə də, zəhmət çəksin, onları zərərsizləşdirsin.

- Biz bu gün keçmiş müdafiə naziri Seyran Ohanyanın da açıqlamasını gördük. O orduya əmrlərə riayət etməyi tapşırır. Bütün problemlərin Paşinyanın ordu üzərində rəhbərliyi qura bilməməsindən baş verdiyini deyə bilərikmi?

- Bəli, Paşinyan güc strukturlarına nəzarəti çətinliklə təmin edir. Onun hakimiyyətdə olduğu dövrdə 5 dəfə müdafiə naziri dəyişilib, qərargah rəisləri dəyişilib, korpus komandirləri dəyişdirilib. Bu onu göstərir ki, bəli, güc strukturlarında onun əleyhinə çıxan qüvvələr kifayət qədər çoxdur. Birinci növbədə özü üçün təhlükəlidir. Azərbaycan üçün erməni ordusu problem deyil. Qarabağda onların tör-töküntüsünün zərərsizləşdirilməsi üçün heç bir sutka vaxt tələb olunmadı. Orada tanklar, toplar, reaktiv qurğular var idi. Azərbaycan hamısını qısa müddətdə darmadağın etdi. Həmin dərsin təsirləri Ermənistandakıların başından çıxmayıb. Ona görə də, inanmıram ki, ordu Azərbaycanla açıq toqquşma səviyyəsinə, avantüraya getsin.

- Gələn ay ABŞ, NATO, Aİ Ermənistan üçün təhlükəsizlik paktı imzalaya bilər. Burada məsələ nədən ibarətdir?

- Pakt deyil, bu, sadəcə bəyanatdır. Pakt olacağı təqdirdə, onlar qollarını çirmələyib, gəlib burada müharibə aparmalıdırlar. Onlardan hansı özündə cəsarət tapar ki, Türkiyənin, Rusiyanın, İranın üzərindən keçib, gəlib Azərbaycana qarşı toqquşmalarda iştirak etsin?!

Söhbət ondan gedir ki, sözügedən sənədin əsasını ABŞ və Aİ-nin təhlükəsizliklə bağlı daha çox siyasi, diplomatik yardımları və ola bilsin ki, hansısa silahların Ermənistana verilməsi təşkil etsin. Çünki əvvəllər qadağa var idi. Ermənistan indi də Rusiyanın müttəfiqidir. Ola bilsin ki, müəyyən qadağalar yumşaldılsın. Təhlükəsizliklə bağlı təminatlar birinci növbədə Rusiyanın Ermənistanı əzməməsi və Paşinyan hökumətinin davam etməsi üçün təminatlardır.

- Rasim müəllim, təşəkkür edirik.

- Sağ olun.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO