Özbəkistan Respublikasının vətəndaşları 1985-ci il təvəllüdlü Xasanov Siyavuş Xalimoviçin və 1990-cı il təvəllüdlü Abduraximov Sarvar Kamolitdin oğlunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatətləri Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.
Bizim.Media xəbər verir ki, Özbəkistan Respublikasının qanunvericiliyinə uyğun olaraq dələduzluq əməlini törətməkdə təqsirləndirilərək beynəlxalq axtarışa verilən Siyavuş Xasanov və Sarvar Abduraximov cari il mart ayının 6-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanında saxlanılıb və barələrində həbs qətimkan tədbiri seçilib.
"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxslərin ekstradisiyası haqqında qərarlar qəbul edilib və onlar Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Özbəkistanın səlahiyyətli orqanlarına təhvil verilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:54 / 27.03.2024
Beynəlxalq axtarışda olan Özbəkistan vətəndaşları öz ölkələrinə təhvil verildi
Hazırda oxunan: Beynəlxalq axtarışda olan Özbəkistan vətəndaşları öz ölkələrinə təhvil verildi
Hazırda oxunan: Beynəlxalq axtarışda olan Özbəkistan vətəndaşları öz ölkələrinə təhvil verildi
184416
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.