Cəlilabadda avtoxuliqanlıq edən şəxslər saxlanıldı - VİDEO

Cəlilabadda avtoxuliqanlıq edən şəxslər saxlanıldı - VİDEO

Hazırda oxunan: Cəlilabadda avtoxuliqanlıq edən şəxslər saxlanıldı - VİDEO

18438

Cəlilabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq piyadalara və digər yol hərəkəti iştirakçılarına ciddi təhlükə yaradan sürücülər saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, ayrı-ayrı vaxtlarda Cəlilabad rayon sakinləri T.Fətullayev sürücülük hüququ olmadan idarə etdiyi “VAZ 21011” markalı avtomobillə, İ.Abbasov isə “VAZ 2106” markalı avtomobillə rayon ərazisində digər nəqliyyat vasitələri və piyadalar üçün təhlükəli olan manevrlər və avtoxuliqanlıq hərəkətləri ediblər.

İntizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan həmin sürücülər saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilib və barələrində tərtib olunmuş inzibati protokollar aidiyyəti üzrə baxılması üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilib.

Rayon Məhkəməsinin qərarı ilə hər iki şəxs sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 500 manat məbləğində cərimə olunublar.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO