Cəlilabad rayonu, Göytəpə şəhərində Göytəpəçayın kənarında torpaq sürüşməsi fəallaşıb.
Bizim.Media xəbər verir ki, sakinlərin report-a verdiyi məlumata görə, bir neçə ev və obyekt üçün təhlükəli vəziyyət yaranıb.
Onların sözlərinə görə, bir neçə gün ərzində yağan intensiv yağışlar nəticəsində fəallığı daha da artırıb. Artıq fərdi yaşayış evlərinin divarlarında iri çatlar meydana gəlib.
Sakinlər problemdən çıxış yolu kimi çay kənarında sahilbərkitmə işlərinin aparılmasını görürlər.
Qeyd edək ki, sürüşmə zonasına Fövqəladə Hallar Nazirliyi (FHN) və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən baxış keçirilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
04:50 / 27.03.2024
Cəlilabadda çay kənarında sürüşmə fəallaşıb, evlər təhlükə altındadır - FOTO
Hazırda oxunan: Cəlilabadda çay kənarında sürüşmə fəallaşıb, evlər təhlükə altındadır - FOTO
Hazırda oxunan: Cəlilabadda çay kənarında sürüşmə fəallaşıb, evlər təhlükə altındadır - FOTO
184316
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.