Karantini pozan KÖLGƏ təhsili - Bir otağa 20 nəfəri yığan repititorlar niyə cəzalandırılmır?

Karantini pozan KÖLGƏ təhsili - Bir otağa 20 nəfəri yığan repititorlar niyə cəzalandırılmır?

Hazırda oxunan: Karantini pozan KÖLGƏ təhsili - Bir otağa 20 nəfəri yığan repititorlar niyə cəzalandırılmır?

18429

Xəbər verildiyi kimi, Siyəzəndə karantin qaydalarını pozan repititor  müəyyən edilib. Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları  tərəfindən repititorluq fəaliyyəti ilə məşğul olan rayon sakini Vüqar Abdullayevin karantin qaydalarını pozaraq, bir otaqda 22 şagirdə dərs keçməsi məlum olub. 

Qeyd edək ki, hazırda fəaliyyətinə imkan verilən sahələrdən biri də repititorluqdur.
 

Pandemiyada sözügedən sahənin fəaliyyətinə yalnız bir dəfə - ötən ilin müvafiq dövründə məhdudiyyət qoyulmuşdu. Əslində bu sahəyə normal vaxtlarda da nəzarət etmək mümkün olmurdu.


Pandemiyada isə ümumiyyətlə bu sahəyə nəzarət həyata keçirilmir. Epidemioloji durumun ağır olduğu bir zamanda repititorların karantin qaydalarını pozması, şagirdlərin və özlərinin həyatını təhlükəyə atmaları ictimaiyyətdə ciddi müzakirə yaradıb. Cavabdeh dövlət qurumlarının bu sahəyə nəzarəti və hər hansı addımı olmadığından məsələ aktullaşıb. 

Ekspertlərin fikrincə, karantin qaydalarını repititorluq fəaliyyətini evində təşkil edənlər də pozurlar.

Mövcud qaydalara görə repititor otağının şəraitini elə təşkil etməlidir ki, orada şagird sıxlığı baş verməsin. Ən azı ara məsafəsi 1.5 metr və otaqda maksimum 10 abituriyent olmlalıdır. Amma nəinki evlərdə, bir sıra hazırlıq kurslarında belə karantin davranışlarına əməl olunmur.
 

MÖVZU İLƏ BAĞLI:

Aprelin 29-30-da növbəti buraxılış imtahanı keçiriləcək


Maraqlıdır, pandemiyada repititorların fəaliyyətinə nəzarət mexanizmi necə olmalıdır?

Təhsil üzrə ekspert Elşən Qafarov Bizim.Media-ya bildirib ki, istənilən halda reititorluğun qarşısını almaq mümkün deyil:

“Beynəlxalq təcrübədə repititorların fəaliyyətinin leqallaşması ilə bağlı qanunvericiliyə söykənən addımlar atılıb. Qazaxıstan və Rusiya təcrübəsinə görə, repititor olmaq istəyən şəxslər imtahan verməli, lisenziya qazanmalıdırlar. Lisenziyanın onlara veriləcəyi müddətdə həmin şəxslər öhdəlik götürürlər ki, repititorluq fəaliyyəti ilə məşğul olduqları vaxtda qanunvericiliyin tələblərinə əməl edəcəklər. Bu, birinci və sonuncu hal deyil. Karantin rejimində repititorluqda qaydaların pozulması kütləvidir və bu duruma öncə valideynlər məsuliyyət daşımalıdır”. 

Ekspertin sözlərinə görə, hazırlıq kurslarının heç birinin standartları cavab vermir ki, orada sosial məsafə gözlənilsin:
 

“Evlərdə 20 kvadratmetrlik otaqda 10 və daha artıq şagirdlə repititorluq fəaliyyəti ilə məşğul olanlar var. Bu məsələdə valideynlərin üzərinə çox böyük yük düşür. Valideynlər yaxşı bilir ki, onların övladları ilə belə bir şəraitdə məşğul olunur.


Yenə də çıxış yolu hökumətin repititorların fəaliyyətini leqallaşdırmasıdır. Leqallaşma, lisenziyası olmayanların cərimə edilməsi nəticə etibarilə bu sahəyə nəzarət mexanizminin həyata keçirilməsini təmin edəcək.

Kütləvi halın qarşısını ala biləcək digər qüvvə valideynlərdir. Valideyn repititordan soruşmalıdır ki, övladı ilə neçə nəfərlə məşğul olur, ara məsafəsi və sanitariya tələbləri gözlənilirmi? Axı hər bir yoluxan şəxs virus daşıyıcısı olaraq digərlərinin həyatını təhlükə altına qoyur.

İstəsək də repititorların və ya kölgə təhsilinin geniş yayıldığı bir dövrdə dövlətin bu məsələyə nəzarət etməsi mümkün deyil.

Burada ictimai nəzarətin olması vacib rol oynayır. Müvafiq  orqanlara məlumat verilməli və “Qaynar xətt” yaradılmaldır. İctimai nəzarətlə yanaşı valideynlər vəziyyətin nə qədər ağır olduğunu nəzərə alıb məsuliyyətlərini artırmalıdırlar”. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO