Lənkəranın icra başçısına sui-qəsdin qarşısı alınıb.
Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatında bildirilib.
MÖVZU İLƏ BAĞLI:
DTX-dən ƏMƏLİYYAT: Azərbaycanda terror aktları planlaşdıran şəxs həbs edildi - VİDEO
Müəyyən edilib ki, Bəhruz Əskərov respublikanın müxtəlif rayonlarında yaşayan şəxsləri gizli əlaqəyə cəlb edərək, onlara Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının həyatına sui-qəsdin təşkil olunması barədə tapşırıqlar verib.
Həmçinin, Bəhruz Əskərovun əlaqəsində olan şəxslərə Azərbaycanın bəzi rayonlarında fərdi qaydada ingilis dili müəllimi kimi fəaliyyət göstərən xarici ölkə vətəndaşına qarşı sui-qəsd həyata keçirməyi tapşırması da təsbit edilib.
Keçirilmiş kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində Bəhruz Əskərovun tutularaq Cinayət Məcəlləsinin 28, 214.2.1 (terrorçuluğa hazırlıq) maddələri ilə Azərbaycan Respublikasında cinayət məsuliyyətinə cəlb edilməsi təmin olunub, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı 2012-ci ildən Taleh Qaraşovdur.
Bizim.Media