Ramazanın 7-ci gününün duası: İmsak və iftar vaxtı - FOTO

Ramazanın 7-ci gününün duası: İmsak və iftar vaxtı - FOTO

Hazırda oxunan: Ramazanın 7-ci gününün duası: İmsak və iftar vaxtı - FOTO

18409

Sabah Ramazan ayının yeddinci günüdür. 

Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 20-də imsak vaxtı saat 04:19-də, iftar vaxtı isə 19:39-dadır. 

Aprelin 20-si üçün namaz vaxtları: 

Sübh azanı 04:29 

Zöhr azanı 12:40 

Əsr azanı 17:26 

Məğrib azanı 19:39 

İşa azanı 20:45 

Yeddinci günün imsak vaxtı üçün duanı təqdim edirik: 

“Allahummə əinni fihi əla siyamihi və qiyamih. Və cənnibni fihi min həfəvatihi və asamih. Vərzuqni fihi zikrəkə bidəvaih. Bitəvfiqikə ya hadiyəl-muzillin”. 

Tərcüməsi: “İlahi, mənə bu gün oruc tutmaqda və namazını qılmaqda mənə kömək ol. Məni səhvlərdən və günahlardan uzaqlaşdır. Bütün bu ayı sənə zikr etməyi mənə qismət et, ey azmışları doğru yola çıxaran ALLAH!” 

İftar duası: 

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”. 

Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla”. 

Allah orucunuzu qəbul etsin! 

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO