Ermənistanda qanunsuz olaraq silah-sursat daşımaq və saxlamaqda şübhəli bilinən 49 nəfər saxlanılaraq ərazi polis bölmələrinə aparılıb.
Bizim.Media xəbər verir ki, bunu Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan “Sputnik Ermənistan” nəşrinə bildirib.
Qeyd edək ki, bundan öncə tutulanların sayının 24 olduğu deyilmişdi. Silahlılar Qazaxın işğal altındakı Yuxarı Əskipara kəndində döyüş hazırlığı keçmək istəyiblər. Polis isə onları saxlayaraq silah-sursatlarını müsadirə edib.
Bizim.Media