Qaxın Ənbərçay kəndində uzun illərdir ki, Novruz tətili günlərinə təsadüf edən maraqlı yarış keçirilir.
Bu barədə Bizim.Media-nın yerli bürosuna kənd bələdiyyəsinin sədri Səxavət Hədisov məlumat verib.
Belə ki, kənd sakinləri arasında ata maraq böyükdür və demək olar ki, bu kənddə əksər ailələrdə at bəslənilir. Sakinlər atlardan təsərrüfatlarda istifadə etməklə yanaşı həm də qədimdə mövcud olan maraqlı oyunlar oynayırlar. Hələ bir neçə il əvvəl Şəkidə atüstü oyunlar keçirilən zaman məhz bu kəndin komandası rayonu təmsil edirdi.
Bələdiyyə sədrinin sözlərinə görə, at yarışlarını keçirməkdə məqsəd gənclər arasında bu qədim oyunlara diqqəti cəlb etmək və onlarda sağlam mühit yaratmaqdır.
Bu dəfəki yarışlarda da kəndin 20- ə yaxın çaparı mübarizə aparıb və ilk üç yeri tutanlar rayon Gənclər və İdman sektoru, eləcə də kənd bələdiyyəsi tərəfindən mükafatlandırılıb.
Səxavət Hədisov bildirib ki, gələcəkdə yarışları rayon səviyyəsində keçirməyi planlayırlar.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
11:32 / 24.03.2024
El bayramına çevrilən at yarışları - FOTO
Hazırda oxunan: El bayramına çevrilən at yarışları - FOTO
Hazırda oxunan: El bayramına çevrilən at yarışları - FOTO
183971
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.