Şimal-Qərb bölgəsində temperatur 7 dərəcəyə endi

Şimal-Qərb bölgəsində temperatur 7 dərəcəyə endi

Hazırda oxunan: Şimal-Qərb bölgəsində temperatur 7 dərəcəyə endi

183963

Dünən Şimal-Qərb bölgəsində əsl yaz havası yaşanıb. Temperatur 15 dərəcəyə kimi yüksəlmişdi. Gecə saatlarından isə hava tədricən soyuyub və səhər saatlarından yenidən yağış yağmağa başlayıb. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hazırda bölgənin aran ərazilərində temperatur 7, dağlıq və dağətəyi məntəqələrdə isə 4-5 dərəcə arasında dəyişir. 

Havanın soyuması ilə Böyük Qafqazın cənub yamaclarına yenidən qar yağıb.

Hidrometereoloqların verdiyi məlumata görə, yüksək dağlıq ərazilərdə qarın qalınlığı 30 sm-ə çatır. 

Yaz yağışlarının bölgə ərazisinə yağmasını isə fermer və təsərrüfat sahibləri əsl “bərəkət yağışı” adlandırırlar. Çünki dənli bitkilərin inkişafı üçün belə yağışların yağması çox faydalıdır. 

Hazırda bölgə rayonlarında hava qeyri-sabit olaraq qalır. Sabah da yağışın yağması gözlənilir. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bölgəsi
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO