Etibarnamə ilə avtomobil alanlara XƏBƏRDARLIQ 

Etibarnamə ilə avtomobil alanlara XƏBƏRDARLIQ 

Hazırda oxunan: Etibarnamə ilə avtomobil alanlara XƏBƏRDARLIQ 

183694

“Etibarnamə ilə nəqliyyat vasitəsini satmaq olmaz, çünki bu, çoxsaylı problemlərə yol açır. Amma onu idarə ermək mümkündür. Bu da o deməkdir ki, vətəndaşa yalnız sürmək üçün icazə verilir, yəni sürücülük hüququ təqdim olunur”. 

Bu sözləri Bizim.Media-ya açıqlamasında nəqliyyat sektoru üzrə ekspert İlqar Hüseynov deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Avtomobillərin idarə edilməsi üçün etibarnamə tələbi aradan qaldırıla BİLƏR


Onun fikrincə yalnız avtomobili idarə etmək üçün verilən etibarnamənin öz məqsədi var:

“Belə ki, bir vətəndaş özünə məxsus olan nəqliyyat vasitəsini etibarnamə ilə başqa birinə etibar edir. Ancaq buna baxmayaraq, həmin şəxsin avtomobil üzərində mülkiyyət hüquqçusuna çevrilməsinə icazə vermir. Yalnız o halda icazə verə bilər ki, həmin şəxs avtomobili ikinci və ya üçüncü şəxsə sata bilər. Ancaq burada bir məsələ var. Əgər vətəndaş avtomobili etibarnamə ilə idarə edən zaman qəzalar törədirsə, qayda pozuntularına yol verirsə, deməli bütün cəza və cərimələr həmin şəxsə aid olmalıdır”. 

Onun sözlərinə görə, sürücü hər il etibarnamə ilə texniki baxışdan keçərkən, dövlət yol polisi həmin sənədi elektron bazada yerləşdirməlidir:

“Bundan sonra tətbiq olunacaq cərimələr birbaşa ona yönəldiləcək. Ancaq bu gün ölkədə qəribə bir ənənə formalaşıb. Hansısa bir nəqliyyat vasitəsi radarlara və müşahidə kameralarına düşdükdən sonra tətbiq olunan cərimələr və cəza protokolları nəqliyyat vasitəsinin fiksasiya olunan nömrəsi əsasında tətbiq olunur. Əgər sürücü avtomobili etibarnamə ilə idarə edirdisə və adı-soyadı elektron bazada qeyd olunmayıbsa, cərimə və cəzalar avtomobilin əvvəlki sahibinə yönəldilir. O da qarşılaşdığı problemdən qurtulmaq üçün məhkəməyə müraciət edə bilər”.

Müsahibimiz, problemdən bir çıxış yolunun olduğunu söylədi:

“Etibarnamə ilə avtomobili satmamaq və alqı-satqını yalnız qanuni şəkildə həyata keçirmək lazımdır. Maşın onun adından çıxsın və alanın adına keçirilsin. Məbləği çox yüksək olmayan rüsumlar var və həmin şəxs bunu ödəməklə, öz işini asanlaşdıra bilər. Satış etibarnamə ilə baş tutsa, avtomobil üzərindəki bütün hüquqlar əvvəlki sahibində qalır”. 

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO