Qida əlavələri ilə bağlı yeni normalar TƏSDİQLƏNDİ 

Qida əlavələri ilə bağlı yeni normalar TƏSDİQLƏNDİ 

Hazırda oxunan: Qida əlavələri ilə bağlı yeni normalar TƏSDİQLƏNDİ 

183566

Qida əlavələrinə dair sanitariya norma və qaydaları təsdiq edilib.

Bizim.Media xəbər verir ki, bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin kollegiyası qərar qəbul edib.

Qaydalar əhalinin sağlamlığını, istehlakçıların maraqlarının və hüquqlarının müdafiəsini təmin etmək məqsədilə qida məhsullarında istifadəsinə yol verilən qida əlavələrinin siyahısını, qida məhsullarında, qida əlavələrində, qida fermentlərində və dad-aromatik maddələrdə qida əlavələrinin istifadə şərtlərini və onların etiketlənmə tələblərini müəyyən edir.

Bu qaydalar qida əlavələri qismində istifadə olunmadığı halda emal yardımçılarına, bitki və bitkiçilik məhsullarının mühafizəsində tətbiq olunan maddələrə, qida məhsullarına nutriyent qismində əlavə edilən maddələrə, içməli suların təmizlənməsində istifadə olunan maddələrə, dad-aromatik maddələrə və qida fermentlərinə şamil olunmur.

Aşağıda sadalananlar qida əlavəsi hesab edilmir:

- monosaxaridlər, disaxaridlər və ya oliqosaxaridlər və tərkibində bu maddələri ehtiva etməsi səbəbindən şirinləşdirici məqsədlər üçün istifadə olunan qida məhsulları;

- qurudulmuş və ya qatılaşdırılmış qida məhsullarının, o cümlədən, mürəkkəb qida məhsullarının istehsalı zamanı istifadə olunan aromatlaşdırıcı, dadlandırıcı və ya qidalandırıcı xüsusiyyətləri ilə yanaşı ikincili rəngləyici təsirə malik olan dad-aromatik maddələr;

- qida məhsullarında örtük materialı kimi istifadə edilən, qida məhsulunun tərkib hissəsi olmayan və onunla birgə istehlak edilməsi nəzərdə tutulmayan maddələr;

- tərkibində pektin olan məhsullar və qurudulmuş alma cecəsi, sitrus meyvələri və ya heyvanın qabığından və ya onların qarışığına turşu əlavə edilməsi, daha sonra natrium və ya kalium duzları ilə qismən neytrallaşması nəticəsində əldə edilən maddələr (maye pektin);

- saqqız mayası;

- qan plazması, yeyilə bilən jelatin, zülal hidrolizatları və onların duzları, süd zülalı və qlüten;

- qlütamin turşusu, qlisin, sistein, sistin və onların texnoloji funksiyası olmayan duzları istisna olmaqla, aminturşular və onların duzları;

- kazeinatlar və kazein;

- inulin

Qaydaların əhatə dairəsinə aid edilməyən qida əlavələri və ya həmin qida əlavələrinin istifadə edildiyi qida məhsullarının dövriyyəsinə yol verilmir. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO