Cocuq Mərcanlıda Novruz bayramı münasibətilə konsert olub - FOTO/VİDEO

Cocuq Mərcanlıda Novruz bayramı münasibətilə konsert olub - FOTO/VİDEO

Hazırda oxunan: Cocuq Mərcanlıda Novruz bayramı münasibətilə konsert olub - FOTO/VİDEO

183533

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin klub-icma mərkəzində Novruz bayramı münasibətilə şənlik və bayram konserti təşkil olunub.

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə tanınmış mədəniyyət və incəsənət xadimlərinin ifasında musiqi əsərləri səsləndirilib.

Novruzun əsas atributları olan Keçəlin duzlu-məzəli zarafatları, Bahar qızın iştirakı şənliyə rəng qatıb. Bayram şənliyi sakinlər tərəfindən böyük maraq və coşqu ilə qarşılanıb.

Uşaqların üz boyanması ilə başa çatan tədbir onların bayram əhvali-ruhiyyəsini daha da artırıb, bu günü onlar üçün unudulmaz edib.
 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO