Azərbaycanın işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarını birləşdirən, 81,6 km uzunluğa malik Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun böyük hissəsinin inşası başa çatıb.
Bizim.Media xəbər verir ki, bunu işğaldan azad olunmuş ərazilərdə inşaat işləri həyata keçirən Türkiyənin “Proyapı” şirkətinin İdarə Heyətinin sədr müavini Akif Aygen bildirib.
"Böyük ehtimalla, bu ilin sonuna qədər yolun inşası tamamlanacaq", - deyə o qeyd edib.
Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu 1-ci texniki dərəcəyə uyğun olaraq 4-6 hərəkət zolaqlı olmaqla inşa edilir. Belə ki, yolun ilk 48 km-i 6, 48-81.6 km arası isə 4 hərəkət zolağından ibarətdir. Müvafiq olaraq yol yatağının eni 29,5 və 21,5 metr təşkil edir.
Yolboyu 137 müxtəlif diametrli suötürücü boru, 30 yeraltı keçid, 7 körpü, 7 tunel və 9 viaduk inşa edilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:13 / 20.03.2024
Şuşaya çəkilən yeni avtomobil yolu bu il istifadəyə veriləcək - FOTO
Hazırda oxunan: Şuşaya çəkilən yeni avtomobil yolu bu il istifadəyə veriləcək - FOTO
Hazırda oxunan: Şuşaya çəkilən yeni avtomobil yolu bu il istifadəyə veriləcək - FOTO
183467
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.