İran vətəndaşının narkokuryerliyə cəlb etdiyi daha bir nəfər TUTULDU - FOTO

İran vətəndaşının narkokuryerliyə cəlb etdiyi daha bir nəfər TUTULDU - FOTO

Hazırda oxunan: İran vətəndaşının narkokuryerliyə cəlb etdiyi daha bir nəfər TUTULDU - FOTO

183463

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində narkokuryerlik edən şəhər sakini Xaliq Mirzəliyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, ondan 7 kiloqramdan artıq heroin aşkar edilib.

X.Mirzəliyevin sosial şəbəkələr vasitəsilə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşının təklifi ilə narkokuryerliyə cəlb edildiyi müəyyən olunub.

Bundan başqa, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının martın əvvəlindən keçirdikləri əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan, dələduzluq, oğurluq, xuliqanlıq və digər cinayətlər əməllərini törədən ümumilikdə 27 nəfər saxlanılıb. Qanunsuz dövriyyədən 10 kiloqrama yaxın heroin, metamfetamin və marixuana çıxarılıb.

Qeyd edilən dövr ərzində vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq edən və zərərçəkənlərin pullarını ələ keçirən 3, oğurluq 1 və xuliqanlıq edən 2 şəxs də saxlanılaraq məsuliyyətə cəlb olunub.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.




Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO