Bu gün Novruz bayramıdır 

Bu gün Novruz bayramıdır 

Hazırda oxunan: Bu gün Novruz bayramıdır 

183394

Bu gün Azərbaycanda Novruz bayramınının ilk günü qeyd edilir.

Bizim.Media xəbər verir ki, Azərbaycanda Novruz bayramı və ya Milli yeni il bayramı baharın gəlişinin qeyd edilməsi ilə bağlıdır.

Adətə görə Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının və əkinçiliyin rəmzidir.

Novruz bayramını qeyd etmək təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Təqvimdə baharın ilk günü isə günəşin bir illik fırlanması ilə əsaslanır.

Alimlərin fikrincə bu bayramın tarixi çox qədimdir. Elmi araşdırmalar Novruz bayramının ibtidasını çox qədim zamanlara — Zərdüşt peyğəmbərimizin yaşadığı dövrlə bağlayır, onun yaşını ən azı 3700, ən çoxu 5000 ilə bərabər edirlər.
Novruz bayramı qədim ənənələrlə, oyunlarla zəngindir. Qədim ənənələrdən "Xıdır İlyas" (məhsuldarlıq, çiçəklənmə rəmzi), "Kos-kosa" — meydan məzəli oyunu (baharın gəlməsi rəmzi) və falabaxmanı qeyd etmək olar.

Bu bayram 2009-cu il sentyabrın 30-da YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

Bu gün də evlərdə bayram süfrəsi açılır, ləziz təamlar bişirilir, xonça bəzədilir və süfrəyə bayramın əsas atributlarından sayılan şəkərbura, qoğal, paxlava qoyulur.

Qeyd edək ki, Azərbaycana yaz fəsli məhz bu gün Bakı vaxtı ilə saat 07:06:21-də daxil olacaq. Martın 20-21-i Azərbaycanda Novruz bayramı qeyd olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO