Pensiyaçıların 23,6 faizi əlilliyə görə pensiya alanlardır

Pensiyaçıların 23,6 faizi əlilliyə görə pensiya alanlardır

Hazırda oxunan: Pensiyaçıların 23,6 faizi əlilliyə görə pensiya alanlardır

183330

2024-cü il yanvarın 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda qeydiyyatdan keçən 1096,0 min pensiyaçının 23,6 faizi əlilliyə görə pensiya alanlardır. 

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.

Məlumatda qeyd olunub ki, onların 64.0 faizi yaşa, 12,4 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.

Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,6 faiz artaraq 441,3 manat təşkil etmiş və orta aylıq əmək- haqqının 47,3 faizinə bərabər olub.

Qeyd edək ki, pensiyaçılar ölkə əhalisinin 10,8 faizini təşkil edir. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO