Aprelin 18-i Başlıbel faciəsindən 28 il ötüb.
Bizim.Media xatırladır ki, 1993-cü ilin aprelin əvvəllərində Kəlbəcər ermənilər tərəfindən işğalından sonra 2 minə yaxın əhalisi olan rayonun Başlıbel kəndinin 73 sakini evlərini vaxtında tərk edə bilməmiş və düşməndən qorunmaq üçün dağlara çəkilərək kahalara sığınmışdılar.
Onlar kahalarda cəmi 18 gün gizli yaşaya biliblər. Aprelin 18-də ermənilər sakinlərin sığındığı kahaların yerini aşkarladıqdan sonra onların üzərinə silahlı hücuma keçiblər.
Nəticədə sakinlərdən 14 nəfər girov götürülüb, 18 nəfər qətlə yetirilib. Sağ qalan 30 nəfər isə sığınacaq yerlərini kəndin ərazisindəki digər kahalara dəyişərək mühasirə həyatını davam etdirib. Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.
Başlıbelin bir qrup sakini AZTV əməkdaşları ilə birgə düz 28 ildən sonra azadlığa qovuşan həmin kəndə gəlib və orada yaşananları yenidən xatırlayıblar.
Kahalarda insan ayaqqabıları, yorğan-döşək, çaydan,qazan və başqa lazımlı əşyalarının qalıqları tarixin bu qanlı səhifəsinə şahidlik edib.
Sağ qalanlar öldürülənləri gecə ilə yorğanlara bükərək gizli dəfn etmişdilər. Həmin məzarlıqda 28 ildən sonra dualar oxunub, vəfat edənlərə Allahdan rəhmət dilənilib.
Videomaterialı təqdim edirik.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:05 / 19.04.2021
Kəlbəcərdəki kahalarda 28 ildən sonra həyat izləri tapıldı – REPORTAJ - VİDEO
Hazırda oxunan: Kəlbəcərdəki kahalarda 28 ildən sonra həyat izləri tapıldı – REPORTAJ - VİDEO
Hazırda oxunan: Kəlbəcərdəki kahalarda 28 ildən sonra həyat izləri tapıldı – REPORTAJ - VİDEO
18330
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.