“Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində paytaxtdan bölgələrə, eləcə də əks istiqamətdə nəqliyyat axınının əhəmiyyətli dərəcədə artacağı gözlənilir”.
Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.
Yol-nəqliyyat hadisələrinin qarşısının alınması, insanların rahat və təhlükəsiz hərəkətinin təmin olunması üçün Baş Dövlət Yol Polisi İdarəsi gücləndirilmiş iş rejimində xidmət aparmaqla yanaşı, səfərə çıxmağa hazırlaşan sürücülərə müraciət edərək onlara nəqliyyat vasitələrinin texniki sazlığına diqqət yetirməyi, avtomobili günün işıqlı vaxtında idarə etməyə üstünlük verməyi, hərəkət zamanı təhlükəsizlik kəmərini bağlamağı, sərnişinlərə də bu vacib qaydaya əməl etməyi tövsiyə edir:
“Sürücülər, sürət rejimini yol və hava şəraitinə uyğun seçməli, ötmə və manevretmə qaydalarını pozmamalı, tələskənliyə yol verilməməli, yorğun, yuxusuz halda sükan arxasına əyləşməkdən çəkinməlidirlər. Unutmaq olmaz ki, iş və istirahət rejiminə əməl etmədən sükan arxasına əyləşərək sərnişin daşıma fəaliyyəti göstərən sürücü potensial təhlükə mənbəyidir.
Dəyərli sürücülər! Yolboyu nümunəvi sürücü davranışı sərgiləməklə digər hərəkət iştirakçılarına örnək, intizamsız sürücülərə münasibətdə səbrli və təmkinli olun. Unutmayın, yol hərəkəti qaydalarına əməl etməklə siz, həm özünüzün, həm də əzizlərinizin bayram günlərini xoş əhvali-ruhiyyədə keçirməsinə şərait yaratmış olacaqsınız”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:26 / 19.03.2024
BDYPİ bayram günlərində səfərə hazırlaşan sürücülərə müraciət edib
Hazırda oxunan: BDYPİ bayram günlərində səfərə hazırlaşan sürücülərə müraciət edib
Hazırda oxunan: BDYPİ bayram günlərində səfərə hazırlaşan sürücülərə müraciət edib
183295
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.