6 ay komada qalan qazi şəhid oldu - FOTO

6 ay komada qalan qazi şəhid oldu - FOTO

Hazırda oxunan: 6 ay komada qalan qazi şəhid oldu - FOTO

18327

Altı aydır, komada qalan Vətən müharibəsi qazisi, Nurlan Əbilov şəhid olub.

Bizim.Media xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Məlumata görə, 26 yaşlı qazi  bu gün səhər saat 7:00-da vəfat edib. O, doğulduğu Masallı rayonunda dəfn olunacaq.

Qeyd edək ki, Nurlan Fərrux oğlu Əbilov müharibənin ilk günlərindən döyüşlərə qatılıb. O oktyabrın 8-də Füzuli uğrunda gedən döyüşlərdə başından ağır yaralanıb.

Həmin vaxtdan Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə alıb. Şəhidin iki oğlu var. 

Allah rəhmət eləsin!

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO