ABŞ Ukraynaya MQ-1C "Grey Eagle" adlı zərbə tipli pilotsuz uçuş aparatları (PUA) satmağı planlaşdırır.
Sfera.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumat görə, Bayden administrasiyası "Hellfire" raketləri ilə təchiz olunmuş 4 ədəd PUA-nın Ukraynaya tədarük edilməsini nəzərdən keçirir.
Bildirilir ki, "General Atomics" şirkəti tərəfindən istehsal olunan PUA-ların satış hələ də Konqres tərəfindən təsdiqlənməlidir.
Ukrayna Rusiya qüvvələrinə qarşı bir neçə növ daha kiçik mənzilli pilotsuz uçuş sistemlərindən istifadə edir. Bunlara ABŞ-ın "AeroVironment" şirkəti tərəfindən istehsal olunan "RQ-20 Puma AE" və Türkiyə istehsalı "Bayraktar-TB2" PUA-ları daxildir.
ABŞ-ın təklif etdiyi PUA-lar missiyasından asılı olaraq 30 saat və ya daha uzun müddət havada qala bilir və kəşfiyyat məqsədləri üçün böyük miqdarda məlumat toplaya bilir. PUA, həmçinin 8 ədəd "Hellfire" raketləri daşıyır.