Sərnişindaşımaya dair müsabiqələrdə iştiraka görə ödənişin məbləği TƏSDİQLƏNİB

Sərnişindaşımaya dair müsabiqələrdə iştiraka görə ödənişin məbləği TƏSDİQLƏNİB

Hazırda oxunan: Sərnişindaşımaya dair müsabiqələrdə iştiraka görə ödənişin məbləği TƏSDİQLƏNİB

183202

Nazirlər Kabinetində “Müntəzəm beynəlxalq, şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişin daşımalarının yerinə yetirilməsi ilə bağlı sifarişçinin keçirdiyi müsabiqələrdə iştiraka görə ödənişin məbləği” təsdiq edilib.

Bizim.Media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra Bakı, Gəncə və Sumqayıt şəhərlərinin inzibati ərazi vahidləri üzrə avtomobil nəqliyyatı ilə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair ödənişin məbləği 500 manat, Bakı, Gəncə və Sumqayıt şəhərlərinin inzibati ərazi vahidləri, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları istisna olmaqla digər şəhər (rayon) inzibati ərazi vahidləri üzrə avtomobil nəqliyyatı ilə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair ödənişin məbləği 200 manat olacaq təyin edilib.

Həmçinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə avtomobil nəqliyyatı ilə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqədə iştirak haqqı tələb edilməyəcək.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO