Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Novruz bayramı ilə əlaqədar bölgələrə səfər edən vətəndaşlara müraciət edib.
Bizim.Media müraciəti təqdim edir:
"Hər il olduğu kimi bu il də Novruz bayramı və tətil günləri ilə əlaqədar bölgələrə səfər edənlərin sayının çox olacağı gözlənilir.
Həm paytaxtın mərkəzi küçə və prospektlərində, həm də Bakı-Sumqayıt şosesi və şəhərə cənub istiqamətdən giriş-çıxışda rayonlara səfər edənlərin çox olması səbəbindən, xüsusilə də axşam saatlarında yollarda avtomobil sıxlığının yaranacağı ehtimal olunur. Bunu nəzərə alaraq vətəndaşlara tövsiyə edirik ki, səfərlərini erkən saatlarda planlaşdırsınlar.
Gücləndirilmiş iş rejimində çalışacaq Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən sürücülərə yollardakı vəziyyətlə bağlı mütəmadi olaraq məlumat veriləcək".
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:11 / 18.03.2024
DİN Novruz bayramı ilə bağlı bölgələrə gedən vətəndaşlara müraciət edib
Hazırda oxunan: DİN Novruz bayramı ilə bağlı bölgələrə gedən vətəndaşlara müraciət edib
Hazırda oxunan: DİN Novruz bayramı ilə bağlı bölgələrə gedən vətəndaşlara müraciət edib
183145
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.