“Whatsapp”dan QADAĞA –

“Whatsapp”dan QADAĞA – "Skrinşot" etmək olmayacaq

Hazırda oxunan: “Whatsapp”dan QADAĞA – "Skrinşot" etmək olmayacaq

182879

“Meta” şirkəti “Whatsapp”a daha bir yenilik gətirib.

Bizim.Media xəbər verir ki, yenilik Android smartfonları üçündür. Belə ki, artıq Android əməliyyat sistemli cihazlar digər istifadəçilərin profil şəklini "skrinşot" (ekran qeydi) edə bilməyəcək.

Məlumata görə, artıq istifadəçilər kontaktlarındakı istifadəçilərin profil fotolarını "skrinşot" edən zaman “Bu proqram ekran görüntüsünü çəkməyə icazə vermir” mesajını alır.
Bununla belə, qrupların ikonalarının "skrinşot"larını çəkmək mümkündür. Sistem həmçinin bütün ekranı əhatə edən profil şəkilləri olmadan çəkilmiş "skrinşot"lara da imkan verir.

Bildirilir ki, bu məhdudiyyət tətbiqin defolt konfiqurasiyasına çevrilib və onun sonradan hər hansı “WhatsApp” versiyasına şamil olunması ilə bağlı heç bir ayrıcalıq yoxdur. Bu yeniləmənin “WhatsApp” quraşdırılması ilə deyil, server tərəfindən edildiyini göstərir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO