Lənkəranda həyat yoldaşını baltalayan şəxs təcridxanada ÖLDÜ

Lənkəranda həyat yoldaşını baltalayan şəxs təcridxanada ÖLDÜ

Hazırda oxunan: Lənkəranda həyat yoldaşını baltalayan şəxs təcridxanada ÖLDÜ

182757

Bir müddət əvvəl Lənkəranda ailə münaqişəsi zəmnində arvadını baltalayan şəxs təcridxanada vəfat edib. 

Bizim.Media-nın yerli bürosunun əldə etdiyi məlumata görə, mart ayının 5-də arvadına və özünə xəsarət yetirən şəxs saxlanıldığı təcridxanada dünyasını dəyişib. 

Qeyd edək ki, Lənkəran rayonunun Mamusta kəndində baş verən hadisədə 1955-ci il təvəllüdlü kənd sakini Şahəddin Bayram oğlu Məlikov əvvəlcə həyat yoldaşı, 1952-ci il təvəllüdlü Xanımqız Həsən qızı Məlikovaya balta ilə, sonra özünə bıçaqla xəsarət yetirmişdi. 

Həmin günü hadisəni törədən Ş.Məlikov polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanımaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. 

Hadisə baş verən günü alınan xəsarətlərlə bağlı həkimlər X.Məlikovaya başın kəsilmiş yarası, sol mil sümüyünün tipik yerin dəyişən qəlpəli sınığı, Ş.Məlikova isə hər iki şəxsin, döş qəfəsin, boyunun kəsilmiş deşilmiş yarası diaqnozu qoymuşdular.
Bu gün isə hadisəni törədən Bayram Məlikovun saxlanıldığı təcridxanada öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.

Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO