Lənkəranda 16 yaşlı qızın hamilə qalması və oğlan uşağı dünyaya gətirməsindən sonra açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlqədə olma) maddəsi ilə açılmış iş üzrə Lənkəran şəhər sakini, 1965-ci il təvəllüdlü Ruslan Hüseynov (ad və soyad şərtidir) təqsirləndirilib.
Aparılan ibtidai istintaq zamanı uşaq dünyaya gətirmiş yetkinlik yaşına çatmayan Fəridə İmanova (ad və soyad şərtidir) qonşuluqda yaşayan Ruslanın ona daim şirnikləndirici sözlər dediyini bildirib. Həmin şəxsin avtomobili ilə Lənkəranda dənizkənarı əraziyə getdiklərini və orada intim münasibətdə olduqlarını deyən qız övladının atasının həmin şəxs olduğunu bildirib.
Evli olan Ruslan Hüseynov isə ifadəsində qonşuluqda yaşayan yeniyetmə qızla seksual xarakterli hərəkətlərə yol verdiyini etiraf etsə də, onunla heç vaxt cinsi əlaqədə olmadığını iddia edib.
Bundan sonra uşaq və Ruslan Hüseynovla bağlı genetik ekspertiza təyin edilib. Ekspertizanın nəticəsinə əsasən, uşağın bioloji atasının 59 yaşlı Ruslan olması dəqiqləşib.
Lənkəran Şəhər Məhkəməsində keçirilən prosesdə Ruslan Hüseynov artıq doğulan uşağa rəsmi atalıq verdiyini bildirib və onun bütün xərclərini öz üzərinə götürdüyünü vurğulayıb.
Zərərçəkmiş tərəf də Ruslanın həbs edilməsini istəmədiyini, onun uşağa atalıq etdiyini və törədilmiş cinayətə görə həmin şəxsi bağışladıqlarını bildiriblər.
Məhkəmənin 4 mart 2024-cü il tarixli hökmü ilə Ruslan Hüseynova 1 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilib. Lakin cəza sınaq müddəti təyin edilməklə şərti hesab edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:31 / 15.03.2024
Lənkəranda 16 yaşlı qızın 59 yaşlı kişidən uşağı OLDU
Hazırda oxunan: Lənkəranda 16 yaşlı qızın 59 yaşlı kişidən uşağı OLDU
Hazırda oxunan: Lənkəranda 16 yaşlı qızın 59 yaşlı kişidən uşağı OLDU
182748
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.