“Tullantıdan İncəsənətə” adlı müsabiqəyə yekun VURULDU – FOTO 

“Tullantıdan İncəsənətə” adlı müsabiqəyə yekun VURULDU – FOTO 

Hazırda oxunan: “Tullantıdan İncəsənətə” adlı müsabiqəyə yekun VURULDU – FOTO 

182732

“Yaşıl dünya naminə həmrəylik” ili çərçivəsində Şəkidə keçirilən sərgidə 500 dən artıq əl işi nümayiş etdirilib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, sərgidə Şəki rayonunun ümumi təhsil məktəbləri, universitet və kolleclər də daxil olmaqla ümumilikdə 25 təhsil müəssisəsi iştirak edib.

Sərgidə şagirdlər tərəfindən kağız, plastik kütlə, rezin məmulat və müxtəlif məişət tullantılarından istifadə etməklə hazırlanmış incəsənət nümunələrinə baxış keçirilib. 

Müsabiqəyə rəhbərlik edən müsiflərin qərarına əsasən, Şəki şəhər 21 nömrəli tam orta məktəb 1-ci yerə, Rasim Ocaqov adına Şəki şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzi 2-ci yerə və Şəki rayon Şorsu kənd tam orta məktəb isə 3-cü yerə layiq görülüb.
Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd ekoloji maarifləndirilmə sahəsində məktəblilərin bilik və bacarıqlarını artırmaq, yaradıcı qabiliyyətlərini üzə çıxarmaq, ətraf mühitin qorumaq və ekoloji problemlərin həlli yollarının araşdırılmasına kömək etməkdən ibarətdir.










Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO