Salyanda kanalizasiya çəkməyə gəldilər, yolları bərbad hala saldılar... – FOTO 

Salyanda kanalizasiya çəkməyə gəldilər, yolları bərbad hala saldılar... – FOTO 

Hazırda oxunan: Salyanda kanalizasiya çəkməyə gəldilər, yolları bərbad hala saldılar... – FOTO 

182713

Salyan şəhər Yeni Yaşayış Massivində yaşayan sakinlər küçələrin vəziyyətindən narazıdırlar. Sakinlərin sözlərinə görə su-kanalizasiya qazıntısı ilə bağlı işlər aparılan zaman yollar keçilməz duruma düşüb.

Uşaqların məktəbə getməsindən tutmuş, təcili yardım xidmətindən istifadə etməyin qeyri-mümkün olmasına qədər yaşanan bir çox problemlər sakinlərin narazılığını artırmaqdadır.

Sakinlər Bizim.Media-ya bildiriblər ki, qazıntı işlərinə qədər yaşayış massivinin küçələri keyfiyyətli asfalt örtüyünə malik olub. 

Yaşayış massivinin yaşlı sakini Şəlalə Tağıyeva isə məhz küçələrin birində həyati təhlükə ilə qarşılaşdığını bildirib. Belə ki, o, gecə vaxtı evə gedərkən sürüşərək palçıq çuxuruna yıxılıb. 

Digər sakin Elçin Bağırov qeyd edib ki, onlara bu bərbad vəziyyətin uzun sürməyəcəyini desələr də, problem hələ ki həll edilməyib. 

Sakin Adil Məlikov da artıq bu massivdə yaşayanların palçıqlı yoldan təngə gəldiklərini bildirib. 

Qeyd edək ki, Salyana yağan son yağışlar sözügedən ərazidə daha pis vəziyyət yaradıb. Kanalizasiya sisteminin qurulmasının vacib olduğunu deyən sakinlər, işlərin ləng getməsindən və qazılan quyuların üzərinin uzun müddət açıq qalmasından narazı olduqlarını dilə gətiriblər.
İşləri icra edən podratçı şirkət “Yol-Kanalizasiya Təmir-Tikinti" MMC-nin mühəndisi Əli Salmanzadə də sakinlərin haqlı narazılığını başa düşdüklərini lakin texniki prosedurların vaxt tələb etdiyini və problemlərin qısa vaxt ərzində plana uyğun həll ediləcəyini bildirib. 

Salyan rayon İcra Hakimiyyətindən məsələnin yerli orqanların da nəzarətində olduğu qeyd olunub.

Mövzunu diqqətdə saxlayacağıq.














Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO