Gəncədə iki maşın toqquşdu, ata və oğlu xəsarət aldı

Gəncədə iki maşın toqquşdu, ata və oğlu xəsarət aldı

Hazırda oxunan: Gəncədə iki maşın toqquşdu, ata və oğlu xəsarət aldı

182619

Gəncədə iki avtomobilin toqquşması xəsarətlə nəticələnib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, yol-nəqliyyat hadisəsi şəhərin Totanlı küçəsi adlanan ərazisində baş verib.  

Hərəkətdə olan “Mersedes” və VAZ markalı minik avtomobillərinin toqquşması nəticəsində 1979-cu il təvəllüdlü Nazim Hüseynov və onun oğlu, 2006-cı il təvəllüdlü Göyüş Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Zərərçəkənlər xəstəxanaya çatdırılıblar, onlara ilkin tibbi yardım göstərilib. Vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO