Nazirlər Kabinetində “Siyasi partiyalarda mühasibat uçotunun aparılması Qaydaları”nda dəyişiklik edilib.
Bizim.Media xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Dəyişikliyə əsasən, təşkilatın gəlirləri yeni üsulla formalaşacaq:
“Maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri haqqında hesabat”da gəlirlər aşağıdakı hesablar üzrə yığılır və maliyyə hesabatının 60-cı maddəsində ümumiləşdirilir:
- üzvlük haqqı;
- ianə;
- dövlət maliyyə yardımı;
- çap mediasının təsis edilməsindən, o cümlədən çap mediasının iştirakçısı olmaqdan əldə edilən gəlir;
- ictimai-siyasi nəşrlərin, digər təbliğat və təşviqat materiallarının hazırlanması və satışından gəlir;
- mülki hüquq müqavilələri üzrə, o cümlədən əmlakından istifadə və onun satılmasından əldə edilən gəlir;
- hüquq varisliyi və ya vərəsəlik (miras aktivi) yolu ilə əldə edilmiş əmlak;
- qanunla qadağan olmayan digər gəlirlər.
Bizim.Media
![Siyasi partiyalarda mühasibat uçotu YENİ QAYDADA aparılacaq Siyasi partiyalarda mühasibat uçotu YENİ QAYDADA aparılacaq](https://bizim.media/file/articles/2024/03/14/1710428518_1565072006-muhasibat.jpg)
- A-
- A
- A+
Cəmiyyət
19:13 / 14.03.2024
Siyasi partiyalarda mühasibat uçotu YENİ QAYDADA aparılacaq
Hazırda oxunan: Siyasi partiyalarda mühasibat uçotu YENİ QAYDADA aparılacaq
Hazırda oxunan: Siyasi partiyalarda mühasibat uçotu YENİ QAYDADA aparılacaq
182606
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.