Azərbaycanın Qarabağ iqtisadi rayonundakı rus sülhməramlıları Rusiyada keçiriləcək prezident seçkiləri ilə bağlı vaxtından əvvəl səs veriblər.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonundakı Rusiya sülhməramlı kontingentinin komanda heyəti, hərbi qulluqçuları və mülki şəxsi heyəti Rusiya prezident seçkilərində vaxtından əvvəl səsvermədə iştirak edib. Seçki prosesi federal qanunvericiliyə uyğun təşkil olunub” – məlumatda qeyd olunub.
Xatırladaq ki, Rusiyada prezident seçkiləri 17 mart tarixində baş tutacaq.
Bizim.Media