Ağdam şəhərinin komandası, indiki “Qarabağ” klubunun qəhrəmanı, Xocalıda yüzlərlə insanı xilas edən Milli Qəhrəman Allahverdi Bağırovun abidəsinin Ağdamda əbədiləşdirilməsi təklif olunur.
Bizim.Media xəbər verir ki, bu barədə İTV-nin süjetində bildirilib.
Bildirilib ki, 1951-ci ildə Ağdamda ilk futbol stadionu tikilib. Elə həmin illərdə indiki “Qarabağ”, o vaxtkı Ağdam şəhərinin komandası adlı futbol klubu formalaşır. Müxtəlif illərdə müxtəlif adlarda fəaliyyət göstərən komandadan məşhur futbolçular adını tarixə yazdırır. Onlardan biri də Milli Qəhrəman Allahverdi Bağırovdur.
Qeyd edilir ki, 1970-80-ci illərdə o, komandanın kapitanı, daha sonra məşqçisi olub.
Bağırov 1992-ci ildə 46 yaşında Xocalının Naxçıvanik kəndindən qayıdan zaman minaya düşərək şəhid olur. Allahverdisiz qalan Ağdam bir il sonra, 1993-cü ildə işğal olunaraq, həm də stadionsuz, futbolsuz qalır.
Amma nə Ağdam nə də Allahverdi heç vaxt unudulmur. Bu səbəbdən də bu gün Ağdamda onun heykəlinin qoyulması istənilir.
Daha ətraflı süjetdə:
Bizim.Media