Bakı-Sumqayıt yolunda sıxlığın azaldılması ilə bağlı Fəzail Ağamalıdan TƏKLİF

Bakı-Sumqayıt yolunda sıxlığın azaldılması ilə bağlı Fəzail Ağamalıdan TƏKLİF

Hazırda oxunan: Bakı-Sumqayıt yolunda sıxlığın azaldılması ilə bağlı Fəzail Ağamalıdan TƏKLİF

182394

“Bakı-Sumqayıt yolu ən böyük problemli, ən çox tıxac olan yoldur. Burada saatlarla maşın dayanır, ölkənin şimalından, eyni zamanda, Abşeron rayonundan gələn avtomobillər sözün həqiqi mənasında sıx tıxac yaradır və bu, kifayət qədər çətinliklər törədir. 

Bu yolun sağı, solu tikintilərlə əhatə olunub. Ona görə də ayrı-ayrı ölkələrin təcrübələrindən istifadə etmək olar”.

Bu sözləri deputat Fəzail Ağamalı Bizim.Media-ya nəqliyyat sahəsindəki problemlərdən danışarkən deyib.

O, Bakı-Sumqayıt yolunda saatlarla yaşanan tıxacların hər gün təkrarlandığını və bunun üçün parlamentdə də təkliflə çıxış etdiyini qeyd edib:

“Yaponiyada olanda görmüşəm ki, orada yüngül konsturksiyalı iki-üç mərtəbəli yollar çəkilib. Bundan istifadə etmək olar, düzdür, bir az bahalıdır, lakin Bakı-Sumqayıt yolundakı tıxacın aradan qaldırılmasının yeganə yolu budur. Çünki yolun daha da genişləndirilməsi mümkün deyil. 

Nəzərə alsaq ki, həmin yol 20 Yanvar metrostansiyasına çatmamış körpüyə qədər 6 zolaqlıdır, körpüyə çatanda 3, tuneldən çıxandan sonra iki zolağa çevrilir. Bu da maşınların rahat hərəkəti üçün problem yaradır”.

Bundan başqa Milli Məclisin üzvü iki şəhər arasında metro xəttinin çəkilməsinin və şəxsi maşınların paytaxta buraxılmamasının tərəfdarıdır:

“Sumqayıta qədər yerüstü metro da çəkilə bilər. Bu da səmərəli nəticə verər. Metro olduqdan sonra Sumqayıtdan gələn şəxsi avtomobillərin Bakıya girişi məhdudlaşdırıla bilər. Hər hansı şəxs metro ilə Bakıya gələ, paytaxtda öz işini görüb, Sumqayıta qayıda bilər. Beləliklə sıxlığın qarşısı alınar. Müvafiq qurum pozitiv reaksiya versə, təkliflərim bundan ibarətdir”.

Günay Şahmar, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO