“İftar süfrəsini pulla satanlar cəhənnəmlikdir” – İlahiyyatçıdan SƏRT REAKSİYA 

“İftar süfrəsini pulla satanlar cəhənnəmlikdir” – İlahiyyatçıdan SƏRT REAKSİYA 

Hazırda oxunan: “İftar süfrəsini pulla satanlar cəhənnəmlikdir” – İlahiyyatçıdan SƏRT REAKSİYA 

182361

Ramazan ayı təkcə mədənin yox, həm də nəfsin orucluğudur. Bu ayda insanlar təkcə yediyinə yox, həm də qazancına qənaət etməlidir. Ən əsası 11 ayda qazandıqlarımızın bir qismini müqəddəs Ramazan ayında xərcləməliyik. Çox təəssüf ki, əksər kafe və restoranlar məhz Ramazan ayında daha çox pul qazanmaq istəyirlər. Bunun üçün də min bir gurultulu reklam hesabına gətirdikləri müştərini daha çox xərcə salmağa çalışırlar.

Apardığımız müşahidələr zamanı aydın olur ki, əksər iaşə obyektləri günorta saatlarında 9-10 manata təklif etdikləri "business lunch"ı axşamlar “iftar süfrəsi" adı ilə 30-40, bəzən hətta 50 manata təqdim edirlər. 

Bəs, İslamda bu cür hərəkətlər necə qiymətləndirilir?
 

MÖVZU İLƏ BAĞLI:

Aktyor Elcan restoranlarda "od qiymətinə" təklif edilən "iftar süfrəsi"ni TƏNQİD ETDİ - VİDEO


Məsələyə ilahiyyatçı Tural İrfan aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, Ramazan ayında bəzi adamların cəhənnəmi “satın alması”nı anlamaq çox çətindir:

“Kafelərdə camaata baha qiymətə yemək sırıyıb adını “iftar süfrəsi” qoyurlar. İftar pulla verilmir. Kim iftar süfrəsini, qurban ətini pulla satarsa, cəhənnəmlikdir. Din alver, ticarət aləti deyil. Dünyada var-dövlət qazanmaq üçün Allahın dinini ancaq imansızlar istifadə edə bilər.

Hər zaman deyilib ki, imanı, dini, vicdanı olan əsl müsəlman Ramazan ayında imkanı daxilində havayı ehsan edir müsəlmanlara. Buna da gücü çatmırsa, ən azı qiymətləri endirir. 

Ancaq bizdə tam əksinədir: bayramda hər şey bahalaşır.

Kafelərdə pulla satılan yeməklər iftar deyil. Sadəcə dəllalıq edərək adını iftar süfrəsi qoyurlar. Əlacsız adamlardan başqa kim elə yerlərdə iftar açsa, yəni normadan artıq pul ödəsə, israf etmiş sayılır ki, bu da dində haramdır. Ona görə müsəlmanlar özlərini günaha batırmasınlar”.

İlahiyyatçı hesab edir ki, bahalı restoranlarda “iftar süfrəsi”nə getmək və həmin obyektlərə xeyir vermək özü də günahdır:

“Çünki kasıblardan qəsb edib haram işləri artırırlar. Onların verdiyi yeməklər də şübhəlidir, çox zaman leş və ya bismillahsız kəsilən ətlər olur. Əti halal olmayan heyvandan hazırlanan yeməklərlə də iftar etmək olmaz. 

Kafe, restoran sahibləri savab qazanmaq istəyirlərsə, qardaş Türkiyədəki kimi, digər müsəlman ölkələrində olduğu kimi oruc tutanlara iftar versinlər. Oruc tutmasalar belə, heç olmasa, savab qazansınlar. Bunu etmirlərsə, ən azı camaatı aldadıb, günaha batmasınlar”. 

Surxay Atakişiyev, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO