“Ötən il 160 min hektara yaxın sahə quraqlıqdan məhv olub” – Nazir 

“Ötən il 160 min hektara yaxın sahə quraqlıqdan məhv olub” – Nazir 

Hazırda oxunan: “Ötən il 160 min hektara yaxın sahə quraqlıqdan məhv olub” – Nazir 

182348

"Dünyada baş verən iqlim dəyişiklikləri Azərbaycana da təsirsiz ötüşmür. Ötən il 160 min hektara yaxın sahə quraqlıqdan məhv olub. Suyun sistemli şəkildə idarə olunmasına nail olmalıyıq".

Bizim.Media xəbər verir ki, bu fikirləri Bakı Su Həftəsi Beynəlxalq Konfransının açılış  mərasimində Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda 13 su anbarı inşa EDİLƏCƏK – Zaur Mikayılov 


O bildirib ki, 5 maddədən ibarət baza prinsipi üzərində iş gedir: 

"İlk olaraq mümkün olan hər yerdə su toplamalı, ehtiyat yaradılmalıdır. Su qapalı formada saxlanılmalıdır. Hər bir fermerə lazım olan suyun miqdarı bilinməlidir. Bütün bu işlərin planı hazırlanmalıdır.

Kənd Təsərrüfatında torpaqda münbitliyin qorunması üçün torpaqyönümlü maarifləndirmə işlərinin aparılmasını planlayırıq. Bu isə birbaşa daha sağlam məhsul istehsalına səbəb olacaq".

Məhərrəm Əliyev, Leyla Qəhrəmanova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO