Son günlər sosial şəbəkələrdə insanların ictimai yerlərdə qısa şortla gəzməsi ciddi müzakirə mövzusuna çevrilib. Bu geyim tərzini dəstəkləyənlər də var, buna qarşı çıxanlar da. Hər iki tərəfin arqumentləri kifayət qədərdir.xa0
Moderator.az xəbər verir ki, APA TV paytaxt sakinlərinin bu mövzuya münasibətini öyrənmək məqsədilə sorğu keçirib. Beləliklə, ictimai yerlərdə xüsusilə kişilərin qısa şortla gəzməsinə necə baxırsınız?
xa0
Birmənalı şəkildə bu, rüsvayçılıqdır. Ayıbdır. Bax, elə bir az əvvəl mən dayanmalı oldum ki, o getsin. Orucluğun günündə...
xa0
Düzdü, deyirlər ki, müasir Azərbaycandır, amma məncə, buna yaxşı baxılmamalıdır. Şort geyilməməlidir. Şort çimərlik yerlərində ola bilər. İlk növbədə də qadınlar üçün.
xa0
Hər kəsin öz zövqünə görədir. Kim necə istəyir, elə də geyinir. Müasir dövrdür, kim necə istəyir elə də geyinir və hərəkət edir.
Düzgün baxmıram. Milli mentalitetə uyğun deyil. Belə şeyləri evdə geyərlər.
xa0
Yaxşıdır. Pis deyil. xa0
xa0
İnsanlar ailəsi ilə çölə-bayıra çıxır. Münasibətim yaxşı deyil. Camaatın ailəsi, uşağı var. İstər-istəməz kim isə ona baxır, o da nümunə götürüb başlayır şort geyinməyə. Geyinmək olar, haradasa dizdən iki qarış aşağı olsa. Çox qısa şort geyinməyə pis baxıram. Ancaq Azərbaycana aid edirəm, çünki İslam ölkəsiyik. Yaramır.
xa0
Pis. Yaxşı baxmıram. Bizim mentalitetə uyğun gəlmir. Gənclər yaxşı geyinmir. Düzgün geyinmirlər. Yaşlılar buna yaxşı baxmır.
xa0
Pis baxıram. Bizə yaraşmır.
xa0
Buna qətiyyən imkan vermək olmaz. Bu, İslam əxlaqına ziddir. Körpə uşaqlara elm öyrənmək əvəzinə, şort geymək öyrənirlər. Məgər buna ehtiyac var? Bunun ictimai təhlillərini aparmırlar. Biz uzun illər bunun təhlilini aparmışıq. Sosioloji nəticələrini təhlil etmişik. Gəlin araşdırma aparaq, görək körpələrə, gənc nəslə mənfi təsirləri nədir və ictimaiyyətə xeyri nədir? Arqumentləri tərəzinin hər iki gözünə qoyaq. Xeyrimiz olsa, bu yolla gedək.
xa0
Pis. Çünki müsəlman ölkəsidir.
xa0
Məncə, düz deyil. Baxır, şortun uzun ya qısa olmasına. Xalqın anası, bacısı var.
xa0
Məncə, hər kəsin öz fikri var.
xa0
Bizim üçün yerli adət-ənənələri qiymətləndirmək çox çətindir. Bizim üçün bu, normaldır.
xa0
Əgər cənub ölkəsidirsə və istidirsə, buna müsbət baxıram. Şortun qısa ya uzun olması məsələsi var. Əgər xanım çimərliyə getmək üçün şort geyinibsə, bu, normaldır. Normal uzunluqdadırsa, ictimai yerlərdə də geymək olar.
xa0
Normal baxıram. Hər kəsin şəxsi fikridir. Müdaxilə edə bilmərəm.
xa0
Əslində, düzgün deyil.
xa0
Pis. Çünki bizim milli adət-ənənəyə uyğun deyil.
xa0
Pis baxıram. Bizim mentalitetə uyğun deyil.xa0





























































































