Şabranda körpə və ana ölümü ilə bağlı rayonun hüquq-mühafizə orqanları hazırda hadisə yerindədirlər.
Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Saleh Hacıyev Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib ki, Şabran prokurorluğunda faktın araşdırılmasına başlanılıb.
MÖVZU İLƏ BAĞLI:
Şabranda doğuş zamanı ana və körpəsi ÖLÜB
Ana və körpəsinin ölüm səbəbi də tibbi ekspertizanın rəyindən sonra tam aydın olacaq.
Qurum rəsmisi ana və körpəsinin ölümündə həkim səhlənkarlığının olub-olmaması faktının da araşdırılacağını bildirib.
Qeyd edək ki, mərhum Nailə Qasımovanın həyat yoldaşı Kərəm Qasımov ölüm hadisələrinin həkim səhlənkarlığı səbəbindən baş verdiyini iddia edib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu