Bələdiyyə üzvləri vaxtı-vaxtında maaş ala BİLMİRLƏR? – Komitə sədrindən AÇIQLAMA 

Bələdiyyə üzvləri vaxtı-vaxtında maaş ala BİLMİRLƏR? – Komitə sədrindən AÇIQLAMA 

Hazırda oxunan: Bələdiyyə üzvləri vaxtı-vaxtında maaş ala BİLMİRLƏR? – Komitə sədrindən AÇIQLAMA 

182272

Son bir neçə aydır ki, sıravi bələdiyyə üzvlərinin əməkhaqqı ala bilmədikləri iddia olunur. 

Bizim.Media-ya daxil olan məlumata görə bəzi bölgələrdəki bələdiyyə üzvləri aylardır maaş almadıqlarından şikayətlənirlər.

Dəfələrlə müzakirə olunmasına baxmayaraq, bələdiyyələrin maliyyə təminatının yaxşılaşdırıılması məsələsi hələ də həll olunmamış qalır. 
 

MÖVZU İLƏ BAĞLI: 
 
Ölkəmizdə parlament seçkiləri nə vaxt KEÇİRİLƏCƏK?


Qeyd edək ki, Ədliyyə nazirinin müavini Vilayət Zahirovun açıqlamasına görə 2023-cü ildə bələdiyyələrin gəlirlərinin artdığı bildirilib. Belə ki, ötən il inzibati nəzarət orqanına hüquqi ekspertiza üçün təqdim olunan bələdiyyə aktlarının sayı ilk dəfə olaraq 100 mini keçib, 96 min 363 (96%) aktın qanunvericiliyə uyğun olduğu müəyyən edilib.

Ümumiyyətlə, bələdiyyələrin büdcə gəlirlərinin artırılması və birdəfəlik formalaşdırılması ilə bağlı hansı addımlar atıla bilər? 

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev Bizim.Media-ya bildirib ki, bir çox bələdiyyələr öz büdcəsini kortəbii formalaşdırır:

“Hər bir bələdiyyə öz büdcəsini formalaşdırmaqda və xərcləməkdə sərbəstdir. Sözsüz ki, büdcə də əmlak və torpaq vergiləri və ya hansısa sahibkarın etdiyi yardım hesabına formalaşır. Bu formalaşma zamanı bələdiyyələr qazanılan və xərclənəcək vəsaitin miqdarını müəyyən qaydada düşünməli və nəzərə almalıdırlar. Sözsüz ki, bu zaman yerli əhəmiyyətli, sosial-iqtisadi məsələlər, eləcə də əməkhaqqılar, yardımlar, əlavə xərclər üçün ayrılan vəsait nəzərə alınmalıdır”. 

Deputat qeyd edib ki, bələdiyyələrdə əldə olunan vəsaitin çoxu əməkhaqqının verilməsinə yönəldilir:

“Belə olan halda, bələdiyyələrin çoxu vaxtlı-vaxtında aylıq maaşlarını ala bilmirlər. Bir çox bələdiyyələrdə bu məsələlər açıqdır və çoxları vəsaitinin olmamasından gileylənir. Təəssüflə qeyd edirəm ki, bələdiyyələr maaliyyə bazasının yaradılmasına lazımi təşəbbüs göstərmirlər, müəyyən xidmət sahələrini yaratmaqda acizdirlər. 
Bu məsələ dəfələrlə müzakirə olunub, qəbul edilən qanunlar imkan verir ki, bələdiyyələr öz istehsal sahələrini yaratsınlar və əlavə vəsait əldə etsinlər. Lakin bu təşəbbüslə çıxış edən bələdiyyələrin sayı azdır. Məhz buna görə də, bələdiyyələrin birləşməsi zərurəti yaranıb”.

Nuranə Daxilqızı, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO