Azərbaycanda qohum evliliyi qadağan edilə bilər – PA rəsmisi 

Azərbaycanda qohum evliliyi qadağan edilə bilər – PA rəsmisi 

Hazırda oxunan: Azərbaycanda qohum evliliyi qadağan edilə bilər – PA rəsmisi 

182201

“Qohum evlilikləri strateji və cəmiyyət problemidir. Çünki qohum evlilikləri birbaşa genofonda mənfi təsir göstərir. Azərbaycanda ikinci və üçüncü dərəcəli qohumluğu olan şəxslərin nikahının qadağan edilməsi üçün qanunvericilikdə dəyişiklik edilməsi məsələsi ciddi şəkildə müzakirə olunur”.

Bizim.Media xəbər verir ki, bunu Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin sektor müdiri Rüstəm Qasımov qohum nikahları ilə bağlı keçirilən ictimai müzakirədə bildirib.

R. Qasımov qeyd edib ki, xəstə və əlil olaraq doğulmuş uşağın valideynlərindən də əvvəl, özünün yaşadığı iztirabları göz önünə gətirmək lazımdır:

“Əmi, dayı və bibi uşaqları arasında olan evliliklərdə sosial yük əsas rol oynayır. Çoxu düşünür ki, tanıdığı insanla evlənməsi daha təhlükəsizdir”.   

Nuranə Daxilqızı, Leyla Qəhrəmanova, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO