“2022-ci ildə 15-17 yaşda ana olanlar tərəfindən 2011 uşaq dünyaya gəlib”.
Bizim.Media xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc qohum nikahları ilə bağlı keçirilən ictimai müzakirədə bildirib.
Z.Oruc qeyd edib ki, dünya əhalisinin 20%-ində qohum evlilikləri mövcuddur:
“Özüm də daxil olmaqla, bir çoxunuzun ailəsində belə hallar baş verir. Bu məlumatsız cəmiyyətlərdə daha çox yayılıb. Pakistan və Hindistanda bu faiz əmsalı 50% təşkil edir. Bu cəmiyyətlər tayfa nikahına üstünlük verirlər. Yekun nəticə mövcuddur ki, kral hakimiyyətlərinin iflasa uğrmasının səbəbi məhz qohum evliliklərinə görə olub.
Nəinki kasıb ailələrdə, varlı ailələrdə də nikah evlilikləri çox olur. Onların çoxu belə düşünür ki, var-dövləti öz qohumuna qalsın, buna görə övladını qohum nikahına yönəldir. 15-17 yaşda ana olanlar tərəfindən 2011 uşaq dünyaya gəlib. Qeyd edim ki, nikahla bağlı yaş məhdudiyyəti olsa da, nişanlılıqla bağlı belə qadağa yoxdur. Biz çalışmalıyıq ki, qohum evliliklərinin qarşısı alınsın”.
Nuranə Daxilqızı, Leyla Qəhrəmanova, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:37 / 12.03.2024
15-17 yaşda ana olanlardan 2011 uşaq DOĞULUB – Zahid Oruc
Hazırda oxunan: 15-17 yaşda ana olanlardan 2011 uşaq DOĞULUB – Zahid Oruc
Hazırda oxunan: 15-17 yaşda ana olanlardan 2011 uşaq DOĞULUB – Zahid Oruc
182192
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.