“2021-ci ildə 2363 qohum evliliyi qeydə alınıb. Onların 204-ü boşanma ilə nəticələnib. 2022-ci ildə isə qohum evliiliyinin 2542-dən 608-də boşanma qeydə alınıb".
Bizim.Media xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qohum nikahları ilə bağlı keçirilən ictimai müzakirədə bildirib.
O, bildirib ki, bu istiqamətdə Azərbaycanda ənənələr həmişə özünü göstərib:
“Ailə Məcəlləsinin 12-ci maddəsi yaxın qohumlar arasında nikahı qadağan edir. Lakin ölkəmizdə əvvəldən qalan ənənə, bu gün də davam etməkdədir. Öz qohumlarım və tanıdığım insanlar arasında da ailə daxilində bu kimi qaydaları pozanların, sonra başqa qanundankənar addımlarına da gətirib çıxardığının şahidi olmuşuq.
Cəmiyyətin fikrini bu cür mövzulara yönəltməliyik. Bu kimi məsələlər hökümətin də diqqətindədir. Hansı ki, 2015-ci ildə nikahdan əvvəl tibbi müayinədən keçməklə bağlı qərar qəbul edildi. Bu qərar tətbiq ediləndə problemlərə səbəb olacağı deyilsə də, normal tətbiq edildi və fiziki qüsurlu uşaqların doğulmasının qarşısı alındı” - deyə, Bahar Muradova bildirib.
Nuranə Daxilqızı, Leyla Qəhrəmanova, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:28 / 12.03.2024
“Azərbaycanda sayı artan qohum evlilikləri hökumətin diqqətindədir” - Bahar Muradova
Hazırda oxunan: “Azərbaycanda sayı artan qohum evlilikləri hökumətin diqqətindədir” - Bahar Muradova
Hazırda oxunan: “Azərbaycanda sayı artan qohum evlilikləri hökumətin diqqətindədir” - Bahar Muradova
182189
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.