Mingəçevir İcra Hakimiyyətindən şəhid ailəsinə CAVAB - “Mənzil təminatına Nazirlik baxır”

Mingəçevir İcra Hakimiyyətindən şəhid ailəsinə CAVAB - “Mənzil təminatına Nazirlik baxır”

Hazırda oxunan: Mingəçevir İcra Hakimiyyətindən şəhid ailəsinə CAVAB - “Mənzil təminatına Nazirlik baxır”

18202

14 aprel 2021-ci il tarizində Bizim.Media saytında “İki icra hakimiyyəti şəhid anasını get-gələ salır” adlı məqalə dərc etmişdik. Yazıda şəhid Əzim Həsənovun anası Şəhla Həsənovanın Mingəçevir və Ağdam icra hakimiyyətləri tərəfindən süründürməçiliyə məruz qalmsı əks olunmuşdu.

Həmçinin Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısının onlarla maraqlanmadığı barədə məlumat vermişdik. 

Mingəçevir İcra Hakimiyyətindən saytımıza həmin yazı ilə bağlı rəsmi cavab göndərilib. 
Cavabda qeyd olunub ki, şəhid Həsənov Əzim Fikrət oğlunun ailəsi Ağdam rayonunun Xıdırlı kəndindən məcburi köçkün düşüb və hal-hazırda Mingəçevir şəhəri C.Əliyev küçəsindəki 4c nömrəli evdə müvəqqəti məskunlaşıb.
 

MÖVZU İLƏ BAĞLI:

İki icra hakimiyyəti şəhid anasını get-gələ salır – ŞƏHİD ANASINDAN ŞİKAYƏT - FOTO


Şəhid Əzim Həsənovun Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayonu şöbəsindən səfərbərliyə cəlb olunmasına baxmayaraq, şəhid ailəsinin müraciəti nəzərə alınaraq o, Mingəçevir Şəhidlər Xiyabanında dəfn edilib. Onun ailəsinə digər dövlət orqanları və ictimai təşkilatların göstərdiyi yardım və dəstəkdən əlavə İcra Hakimiyyəti tərəfindən ilkin olaraq 1000 manat, sonradan isə, əlavə 200 manat miqdarında maddi yardım verilib. 

Bayram və əlamətdar günlərdə mütəmadi olaraq ərzaq sovqatları göndərilir:

“Şəhid Əzim Həsənovun anası Şəhla Həsənova iki dəfə İcra Hakimiyyətində olub və qaldırdığı tələblərlə əlaqədar müvafiq şöbələr tərəfindən ona ətraflı izahat verilib. Orta məktəbə şəhidin adının verilməsi ilə bağlı bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 3.1.2.– ci maddəsinə əsasən yerli icra hakimiyyətləri Azərbaycanın Milli Qəhrəmanı olan, habelə vətən uğrunda döyüşlərə görə azı iki ordenlə təltif olunan şəhid adlarının təşkilatlara və müəssisələrə verilməsi üçün Nazirlər Kabineti qarşısında vəsatət qaldırırlar.

Dövlət hesabına mənzillə təmin olunmalarına gəldikdə isə, vətəndaşa bildirilib ki, qüvvədə olan qanunvericiliyə əsasən şəhid ailələrinin dövlət hesabına mənzillə təmin olunmaları üçün mənzil növbəsinə götürülməni qeydiyyatda olduqları ərazi üzrə yerli icra hakimiyyətləri, mənzillə təminatı isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir.

Odur ki, şəhid Əzim Həsənovun anası Şəhla Həsənova mənzil növbəliliyinə götürülmək üçün aidiyyatı üzrə qeydiyyatda olduğu Ağdam rayonunun İcra Hakimiyyətinə müraciət etməlidir”. 

Qeyd edək ki, şəhid Əzim Həsənovun ailəsi illərdir ki, Mingəçevirdə dəmir vaqonda yaşayır. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO