Ağstafadakı gəncin ölümünün TƏFƏRRÜATI

Ağstafadakı gəncin ölümünün TƏFƏRRÜATI

Hazırda oxunan: Ağstafadakı gəncin ölümünün TƏFƏRRÜATI

181980

Ağstafa rayonunda ölümlə nəticələnən bədbəxt hadisənin təfərrüatı məlum olub.

Bizim.Media xəbər verir ki, 2006-cı il təvəllüdlü E.Həsənzadə Vurğun qəsəbəsində yerləşən mini futbol meydançasında tanışları ilə olan zaman uzun metal borunu götürərək yoldaşları ilə zarafatlaşmaq istəyib.

Bu zaman əlindəki boru ehtiyatsızlıqdan meydançanın üstündən keçən yüksək gərginlikli elektrik xəttinə toxunub. Nəticədə elektrik cərəyanı onu vuraraq öldürüb.
Qeyd edək ki, mərhum gələn ay hərbi xidmətə getməli idi.

Faktla bağlı Ağstafa rayon Prokurorluğunda araşdırma aparılır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO