Bakı sakinini döyüb pulunu və maşınını əlindən aldı

Bakı sakinini döyüb pulunu və maşınını əlindən aldı

Hazırda oxunan: Bakı sakinini döyüb pulunu və maşınını əlindən aldı

18198

Paytaxt sakininə qarşı quldurluq edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, Suraxanı Rayon Polis İdarəsi 31-ci Polis Bölməsinə bir şəxsin Ramana qəsəbəsi ərazisində Bakı şəhər sakini İ.Alıyevi döyərək “KİA” markalı avtomobilini, 350 manat pulunu və mobil telefonunu alması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini H.Kərimli müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO