BDU-nun 250-dək əməkdaşı peyvənd olundu - FOTO

BDU-nun 250-dək əməkdaşı peyvənd olundu - FOTO

Hazırda oxunan: BDU-nun 250-dək əməkdaşı peyvənd olundu - FOTO

18194

Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na əsasən Bakı Dövlət Universitetində (BDU) əməkdaşların vaksinasiyası uğurla davam edir. İki gün ərzində 250-dək əməkdaş peyvənd olunub.

Bizim.Media bildirir ki, BDU-dan verilən məlumata görə, universitetin əməkdaşları könüllü şəkildə məntəqəyə gələrək xüsusi karantin rejiminin tələblərinə ciddi riayət etməklə vaksinasiya olunublar.

Əməkdaşlar üçün bütün zəruri avadanlıq və şəraitlə, dezinfeksiyaedici məhlullarla təmin edilmiş gözləmə və istirahət otaqları yaradılıb.

BDU-nun müraciətini nəzərə alaraq Tibbi Ərazi Bölmələrin İdarəetmə Birliyi (TƏBİB) universitetin ərazisindəki poliklinikada səyyar vaksinasiya məntəqəsi yaradıb.

Poliklinikada 2 qeydiyyat, 2 müayinə, 2 vaksinasiya otağı ən zəruri tibbi ləvazimat və müvafiq şəraitlə təmin olunub. Vaksinasiyanı TƏBİB-in peşəkar həkim briqadası həyata keçirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO