İlham Əliyev məktəbəqədər təhsil barədə fərman verdi

İlham Əliyev məktəbəqədər təhsil barədə fərman verdi

Hazırda oxunan: İlham Əliyev məktəbəqədər təhsil barədə fərman verdi

181904

Nazirlər Kabineti məktəbəqədər təhsil müəssisələrinə qəbul qaydasını müəyyən edəcək.

Bu, “Məktəbəqədər təhsil haqqında”x9d 2017-ci il 14 aprel tarixli 585-VQ nömrəli qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqi barədə Azərbaycan prezidentinin imzaladığı fərmanda öz əksini tapıb.

Qanunla Nazirlər Kabineti tərəfindən sağlamlıq imkanları məhdud olan məktəbəqədər yaşlı uşaqların təhsilinin dövlət standartları, ailə tipli, icma əsaslı, qısamüddətli təlim qruplarında məktəbəqədər təhsilin təşkili, məktəbəqədər təhsil müəssisəsində əlavə müayinə və müalicəyə ehtiyacı olan uşaqlara əlavə müalicə-bərpa xidməti göstərilməsi qaydaları müəyyən ediləcək.

Məktəbəqədər təhsil sahəsində çalışanların xa0tibbi müayinədən keçməsi qaydası da müəyyən olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO