Xəzər rayonu Qala qəsəbəsində Vətən müharibəsi şəhidi Dünyamir Məmmədovun xatirə abidəsinin açılışı olub.
Bizim.Media xəbər verir ki, açılış mərasimində Xəzər Rayonu İcra Hakimiyyətinin Qala qəsəbəsi üzrə nümayəndəsi Nəsiman Ağabəyov, “Xüsusi Təyinatlıların qaziləri, şəhid ailələri və veteranları ictimai birliyi”nin sədri Bəhruz Məmmədzadə və ictimai birliyin üzvləri, şəhidin ailəsi, şəhid anaları, döyüş yoldaşları, qazilər və məktəblilər iştirak edib.
Tədbirdə şəhidin keçdiyi döyüş yolu və qəhrəmanlığı barədə danışılıb.
Xatırladaq ki, Şəhid Dünyamir Məmmədov Xüsusi təyinatlı qüvvələrin tərkibində xidmət edib. O, müharibə zamanı iki dəfə yaralanaraq yenidən döyüşə qayıdıb.
Dünyamir Məmmədov 44 günlük müharibədən sonra sərhədlərimizin bərpası uğrunda gedən mübarizə zamanı şəhidlik zirvəsinə ucalıb. Qeyd edək ki, o, Hadrut, Füzuli, Cəbrayıl, Zəngilan, Murovdağ və Qubadlı döyüşlərində göstərdiyi şücaətə görə 8 medalla təltif olunub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:38 / 09.03.2024
İki dəfə yaralanaraq yenidən döyüşə qayıdan şəhidin xatirəsi əbədiləşdirildi - FOTO
Hazırda oxunan: İki dəfə yaralanaraq yenidən döyüşə qayıdan şəhidin xatirəsi əbədiləşdirildi - FOTO
Hazırda oxunan: İki dəfə yaralanaraq yenidən döyüşə qayıdan şəhidin xatirəsi əbədiləşdirildi - FOTO
181802
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.