Azərbaycanda yazarlar qonorarlarından vergi VERMƏLİDİRLƏR? – HÜQUQİ İZAH 

Azərbaycanda yazarlar qonorarlarından vergi VERMƏLİDİRLƏR? – HÜQUQİ İZAH 

Hazırda oxunan: Azərbaycanda yazarlar qonorarlarından vergi VERMƏLİDİRLƏR? – HÜQUQİ İZAH 

181703

İncəsənətlə məşğul olanlar daha çox gəlirlərini qonorar şəklində əldə edirlər. Film sahəsində çalışan kinorejissor, ssenaristlər aldıqları qonorarın 29 faizinin vergiyə cəlb olunduğunu yazıblar. Bəzi ssenaristlər isə keçirilən müsabiqələrdə qalib olduqları halda ayrılan pul mükafatının 10 faiznin vergiyə ayrıldığını bildiriblər.

Bu, qanunvericiliklə necə tənzimlənir? Məbləğin 29 faizi hansı adlı vergidir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan vergi sahəsi üzrə ekspert Mehdi Babayev deyib ki, bu məsələ mülki hüquqi müqavilənin predmetidir:

“Bu, əmək müqaviləsi çərçivəsində əmək münasibətlərinə cəlb edilmək demək deyil. Qonorar başqa bir qanunvericiliklə tənzimlənir. “Sosial sığorta haqqında” qanuna müvafiq olaraq qonorarlar 25 faiz məcburi dövlət sosial sığortasına cəlb olunur. Vergi olaraq qeyri sahibklarlıq fəaliyyətindən gəlir hesab olunduğu üçün 14 faiz də vergiyə cəlb olunur. Bunlar qanunauyğun şəkildə həyata keçirilməlidir. 

Qonorarı ödəyən şəxs qonorarı verəcək şəxslə müəyyən bir məbləğlə razılaşırlar. Qonorar ödəyicisi həmin məbləğdən həm 25, həm də 14 faizi tutaraq qalan hissəni qonorar sahibinə ödəməlidir. Yəni bu həm vergi məcəlləsinin, həm də sosial sığorta haqqında qanununun tələbidir”.

O bildirib ki, müsabiqələrdə əldə olunan gəlir Vergi Məcəlləsinin 102-ci maddəsi ilə hesablanır:

“Vergi Məcəlləsinin 102-ci maddəsində fiziki şəxsin gəlir vergisindən müəyyən güzəşt və azadolmaları var. Müsabiqələrdən, digər hallarda verilən mükafatlardan, yardımlardan müəyyən hissə güzəşt olunur”.

Günay Şahmar, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO