Cəlilabadda evlərdən qızıl-zinət əşyaları oğurlayan şəxslər saxlanıldı

Cəlilabadda evlərdən qızıl-zinət əşyaları oğurlayan şəxslər saxlanıldı

Hazırda oxunan: Cəlilabadda evlərdən qızıl-zinət əşyaları oğurlayan şəxslər saxlanıldı

181687

Cəlilabad rayonunda yaşayış evlərindən qızıl-zinət əşyaları oğurlayan şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Cəlilabad şəhəri ərazisindəki evlərdən birindən qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı polisə məlumat daxil olub.

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən rayon sakinləri Səxavətli Teymur və Seydanov Şəhadət müəyyən edilərək saxlanılıblar.
Həyata keçirilən əlavə tədbirlərlə həmin şəxslərin Cəlilabad şəhəri ərazisindəki müxtəlif vaxtlarda daha üç evdən pul və qızıl-zinət əşyaları oğurladıqları müəyyən edilib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO